Rusiyada keçiriləcək DÇ-2018-inilk təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışın açılış matçını idarə edəcək hakimlərin adlarına aydınlıq gəlib.
İyunun 14-də baş tutacaq Rusiya – Səudiyyə Ərəbistanı matçını argentinalı hakimlər idarə edəcək. “Lujniki”dəki matçın baş hakimi Nestor Pitana olacaq.
Ona Xuan Pablo Belyati və Ernan Maydana kömək edəcəklər. Dördüncü hakim isə braziliyalı Sandru Riççi olacaq.
Açılış matçının videotəkrar hakimləri briqadasına Massimiliano İbrati (İtaliya) rəhbərlik edəcək. Onun köməkçiləri Mauro Vilyano (Argentina), Karlos Astrosa (Çili) və Daniele Orsato (İtaliya) olacaq.
Qeyd edək ki, Rusiya – Səudiyyə Ərəbistanı matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır