[b]DÇ-2018: Döyüşə qocalar da gedir[/b]
05.06.2018 - 16:36
[b]DÇ-2018: Döyüşə qocalar da gedir[/b]

Rusiyada keçiriləcək dünya çempionatının ən yaşlı və ən gənc futbolçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 14-dən iyulun 15-dək davam edəcək mundialın ən gənc futbolçusu Avstraliya yığmasının heyətində yer alacaq.

 

Bu, 19 yaşını yanvarın 4-də tamam edən Daniel Arzanidi. Siyahıda ikinci yerdə Killian Mbappe (Fransa, 20 dekabr 1998), üçüncü pillədə Əşrəf Hakimi (Mərakeş, 4 noyabr 1998) yer alıb.

 

Mundialın “ağsaqqalı” misirli Essam El-Hadaridi. Yerli “Əl-Taavun”da çıxış edən qapıçı Arzanidən 25 il, 354 gün böyükdü. Onun dünya çempionatının startı günü 45 yaş 150 günü tamam olacaq. Ən yaşlıların siyahısında Rafael Markes (Meksika) ikinci, Sergey İqnaşeviç (Rusiya) üçüncüdü. Hər 2 futbolçunun 39 yaşı var. Lakin Markes həmkarından 151 gün böyükdü.

 

Orta yaş həddinə görə çempionatın ən gənc komandası isə Nigeriya yığmasıdı. Bu komanda orta hesabla 25,9 yaşdadı. Panama millisi isə mundialın ən “qocası” hesab olunur. Mərkəzi amerikalılar 29,6 yaşdadı.