DÇ-2018: Futbolçuların şəkilləri oğurlandı
07.06.2018 - 12:44
Argentinada qeyri-adi oğurluq hadisəsi yaşanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Panini firmasının dünya çempionatı ilə bağlı hazırlatdığı futbolçuların yapışqanlı fotoları oğurlanıb.
Hadisə mətbəələrin birində baş verib. Belə ki, quldurlar fotoların yerləşdirildiyi 638 qutunu oğurlayıblar. Hər qutuda 10, ümumilikdə isə 6380 yapışqanlı fotonun yoxa çıxdığı bildirilib. Yerli polis oğurluğun 3 nəfər tərəfindən edildiyini açıqlayıb.
Qeyd edək ki, Rusiyada keçiriləcək dünya çempionatı iyunun 14-də start götürəcək.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0