[b]DÇ-2018: İlk komanda Rusiyaya gəldi[/b]
05.06.2018 - 23:04
[b]DÇ-2018: İlk komanda Rusiyaya gəldi[/b]

DÇ-2018-in başlamasına sayılı günlər qalmış komandalar son hazırlıqlarını görürlər. Apasport.az saytının məlumatına görə, artıq ilk komanda mundial üçün Rusiyaya yollanıb.

 

FİFA-nın mətbuat xidməti bildirib ki, İran millisi bu gecə Moskvaya gedib. Komanda bakovkada “Lokomotiv”in bazasında məskunlaşacaq.

 

Qeyd edək ki, İran millisi Portuqaliya, İspaniya və Mərakeşlə eyni qrupda mübarizə aparacaq.