[b]DÇ-2018: İngiltərə - DOSYE[/b]
06.06.2018 - 13:15
[b]DÇ-2018: İngiltərə - DOSYE[/b]

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 8 gün qalır. Növbəti dosyemiz İngiltərə millisi haqqındadı.

İngiltərə

FIFA sıralaması: 13-cü yer

Dünya çempionatlarında iştirak sayı: 14 (1950, 1954, 1958, 1962, 1966, 1970, 1982, 1986, 1990, 1998, 2002, 2006, 2010, 2014)

Dünya çempionatlarında oyun sayı: 62 (26 qələbə, 20 heç-heçə, 16 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 79-56

Ən yaxşı nəticə: Çempionluq (1966)

Dünya çempionatlarında ən çox oyun keçirən ingilis futbolçu: Piter Şilton – 17 oyun (1982, 1986, 1990)

Dünya çempionatlarında ən çox qol vuran ingilis futbolçu: Qari Lineker – 10 (1986 (6), 1990 (4) )

Baş məşqçi

Qaret Sautqeyt: 47 yaş (03.09.1970)

Qaret Sautqeyt 2013-2016-ci illərdə İngiltərənin 21 yaşadək futbolçulardan ibarət millisinə rəhbərlik edib. Sem Ellardaysın göndərilməsindən sonra – 2016-cı ilin sentyabrında o, yığmaya müvəqqəti baş məşqçi təyin olunub. 47 yaşlı mütəxəssisin qısa müddət ərzində gördüyü işləri yüksək qiymətləndirən İngiltərə Futbol Assosiasiyası nəticədə noyabrda ona 3 illik müqavilə təklif etdi və razılıq əldə olundu. Sautqeytin rəhbərliyi altında 17 matçda meydana çıxan İngiltərə 9 görüşdən qələbə ayrılıb, 6 matçda bərabərlik qeydə alınıb, 2 oyun isə heç-heçə başa çatıb.

Ulduz

Harri Keyn: 24 yaş (28.07.1993)

Harri Keyn ilk dəfə 2015-ci ilin martında baş məşqçi Roy Hocson tərəfindən əsas milliyə dəvət alıb. O, yığmadakı ilk qolunu isə Avro-2016-nın təsnifat mərhələsində oynanılan matçda San Marinonun qapısından keçirib. Üç il ərzində “üç şir”in heyətində 24 matça çıxan Keyn 13 dəfə fərqlənib. 23 yaşlı futbolçu yayda komandasının kapitanı olacaq.

Dünya çempionatına gedən yol: Həlledici məqamlar

2016-cı il, sentyabr

Baş məşqçi kimi sadəcə 67 gün millinin başında olan və komandanı bir matçda meydana çıxaran Sem Ellardays “Telegraph”da çıxan skandalın ardından istefasını açıqlayır.

2017-ci il, iyun

Harri Keynin “Hempden Park”da oynanılan matçın artırma dəqiqələrində vurduğu qol ingilislərə Şotlandiya qarşısında 1 xal qazandırır – 2:2.

2017-ci il, sentyabr

Komanda halında qapısına qapanan Malta yığması ilə oyun əslində, gözləniləndən də çətin alınmışdı. Adalılar matçın son 5 dəqiqəsinə kimi minimal hesabla irəlidə idilər. Yalnız son 5 dəqiqə ərzində 3 qol vurmaq mümkün olmuşdu. Sözügedən matçdan 3 gün sonra isə Qaret Sautqeytin yetirmələri oyun başlar-başlamaz önə keçən Slovakiyaya qarşı geri dönüş reallaşdırırlar – 2:1.

2017-ci il, oktyabr

“Uembli”də Sloveniya üzərində qazanılan 1:0 hesablı qələbə İngiltərənin tarixində 15-ci dəfə dünya çempionatına vəsiqə əldə etməsi anlamına gəlirdi.

 

Dünya çempionatına hazırlıq

İngiltərə yığması artıq mundiala hazırlıq çərçivəsində planlaşdırdığı 4 sınaq görüşündən üçünü keçirib. “Üç şir” Hollandiya (1:0) və Nigeriyanı (2:1) məğlub etsə də, İtaliyaya ilə oyunda bərabərlik qeydə alınıb – 1:1. İrəlidə onları Kosta-Rika ilə qarşılaşma gözləyir.

 

Dünya çempionatında

İngiltərə millisi mundialda Belçika, Tunis və Panama ilə birlikdə G qrupunda mübarizə aparacaq.

Qrup mərhələsi

G qrupu

I tur

18 iyun

22:00. Tunis – İngiltərə

“Volqoqrad Arena”, Volqoqrad

 

II tur

24 iyun

16:00. İngiltərə - Panama

“Nijni Novqorod”, Nijni Novqorod

 

III tur

28 iyun

22:00. İngiltərə - Belçika

Kalininqrad şəhər stadionu, Kalininqrad

 

Yekun iştirak ərizəsi

Qapıçılar: Cek Batlend ("Stok Siti"), Cordan Pikford ("Everton"), Nik Pop ("Bernli);

Müdafiəçilər: Trent Aleksandr-Arnold ("Liverpul"), Qari Kehill ("Çelsi"), Kayl Uolker, Con Stounz (hər ikisi "Mançester Siti"), Herri Maquayr ("Lester"), Kiran Trippye, Denni Rouz (hər ikisi "Tottenhem"), Fil Cons, Eşli Yanq (hər ikisi "Mançester Yunayted");

Yarımmüdafiəçilər: Erik Dayer, Delle Alli (hər ikisi "Tottenhem"), Cessi Linqard ("Mançester Yunayted"), Cordan Henderson ("Liverpul"), Fabian Delf ("Mançester Siti"), Ruben Loftus-Çik ("Çelsi");

Hücumçular: Ceymi Vardi ("Lester"), Markus Reşford ("Mançester Yunayted"), Rahim Sterlinq ("Mançester Siti"), Denni Uelbek ("Arsenal"), Harri Keyn ("Tottenhem").