DÇ-2018: İspaniya yığmasında 2 yeni futbolçu
06.06.2018 - 21:11
DÇ-2018: İspaniya yığmasında 2 yeni futbolçu

“Real”ın müdafiəçisi Xesus Valyexo və “Atletiko”nun yarımmüdafiəçisi Rodri İspaniya yığması ilə dünya çempionatına yollanacaq. Apasport.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.

Bildirilir ki, hər iki futbolçu yığmanın yekun heyətinə düşməsə də, Rusiyaya aparılacaq. İspanlar bununla gənc oyunçulara yığma atmosferini yaşatmaq istəyirlər. Onların hətta iyunun 9-da Tunislə yoldaşlıq görüşündə meydana çıxmaları da istisna deyil.

Qeyd edək ki, İspaniya yığması dünya çempionatında Portuqaliya, Mərakeş və İranla birlikdə B qrupunda mübarizə aparacaq.