[b]DÇ-2018: Kaliniç Xorvatiya millisindən uzaqlaşdırıla bilər[/b]
18.06.2018 - 12:41
[b]DÇ-2018: Kaliniç Xorvatiya millisindən uzaqlaşdırıla bilər[/b]

Xorvatiya yığmasının hücumçusu Nikola Kaliniçin adı komandanın iştirak ərizəsindən çıxarıla bilər. Apasport.az saytının “Football Italia”ya istinadən məlumatına görə, buna səbəb onun Nigeriya ilə oyunda sonradan meydana daxil olmaq istəməməsidi.

Baş məşqçi Zlatko Daliç oyunun sonlarında Mario Mandjkuiçi Kaliniçlə əvəzləmək istəsə də, kürəyində ağrılar olduğunu iddia edən forvard çalışdırıcının qərarına etiraz etmişdi.

Nəticədə, Mandjukiçin əvəzinə meydana Marko Pyatsa daxil olmuşdu.