DÇ-2018: “Keyn het-trik etsə, özümü təpikləyərəm”
05.06.2018 - 11:35
DÇ-2018: “Keyn het-trik etsə, özümü təpikləyərəm”

Belçika yığmasının müdafiəçisi Yan Vertongen maraqlı açıqlama bilə diqqət çəkib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Tottenhem”in futbolçusu dünya çempionatında eyni qrupda yer aldıqları İngiltərə millisinə söz atıb.

 

O, “Tottenhem”dəki komanda yoldaşları ilə mərcə girdiyini söyləyib. Vertongen bu mərci qazanmaq üçün rəqibin hücumçusu Harri Keyni dayandırmalıdı: “Püşkatmadan sonra İngiltərə yığmasının “Tottenhem”dəki oyunçularına onları məğlub edəcəyimizi söylədim. Dele Alli və Erik Dayer “bizim Harri Keynimiz var”, - deyirdilər. Mən isə söz verdim ki, əgər Keyn bizimlə görüşdə het-trik etsə, özümü təpikləyərəm. Alderveyreldlə birlikdə onu yaxşı tanıyırıq, nələr bacardığını bilirik. Bu mənada üstünlük bizim tərəfimizdədi”.

 

Qeyd edək ki, İngiltərə - Belçika görüşü qrupun III turu çərçivəsində, iyunun 28-də keçiriləcək.