[b]DÇ-2018: Lukaku ən yaxşı seçildi[/b]
18.06.2018 - 21:10
[b]DÇ-2018: Lukaku ən yaxşı seçildi[/b]

FİFA dünya çempionatının G qrupu çərçivəsində keçirilən Belçika – Panama matçının ən yaxşısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, birincilərin hücumçusu Romelu Lukaku bu ada layiq görülüb.

Belçikanın 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada forvard dubla imza atıb. O, qarşılaşmanın 69 və 75-ci dəqiqələrində rəqibi mərkəzə dəvət edib.