Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 9 gün qalır. Növbəti dosyemiz Meksika millisi haqqındadı.
Meksika
FIFA sıralaması: 15-ci yer
Dünya çempionatlarında iştirak sayı: 15 (1930, 1950, 1954, 1958, 1962, 1966, 1970, 1978, 1986, 1994, 1998, 2002, 2006, 2010, 2014)
Dünya çempionatlarında oyun sayı: 53 (14 qələbə, 14 heç-heçə, 25 məğlubiyyət)
Vurulan-buraxılan qol sayı: 57-92
Ən yaxşı nəticə: 1/4 final (1970, 1986)
Dünya çempionatlarında ən çox oyun keçirən meksikalı futbolçu: Rafael Markes – 16 oyun (2002, 2006, 2010, 2014)
Dünya çempionatlarında ən çox qol vuran meksikalı futbolçu: Luis Ernandes – 4 qol (1998)
Baş məşqçi
Xuan Karlos Osorio: 56 yaş (08.03.1961)
56 yaşlı mütəxəssis gənclik illərində zədə səbəbindən futbolla erkən vidalaşmaq məcburiyyətində qalıb. Sonradan İngiltərə və Hollandiyada məşqçilik kurslarına qatılan Osorio gələcəyini bu sahədə quracağına dair qərar verib. O, indiyə kimi bir neçə klubda çalışıb. Osorio Meksika yığmasına təyin olunmamışdan öncə “Atletiko Nasyonal”la birlikdə böyük uğurlara imza atıb.
Ulduz
Xavyer Ernandes: 30 yaş (01.06.1988)
Ernandes 2009-cu ildə Kolumbiya ilə oynanılan görüşdə millinin heyətində debüt edib. O, ilk matçında assistlə yadda qalıb. Meksika forması ilə meydana çıxdığı oyunlarda hamıdan çox fərqlənən Ernandes daha öncə DÇ-2010 və DÇ-2014-də iştirak edib və mundiallarda 3 dəfə rəqib qapılarına yol tapıb.
Dünya çempionatına gedən yol: Həlledici məqamlar
2016-cı il, noyabr
Meksika Rafael Markesin son dəqiqə qolu sayəsində səfərdə ABŞ-ı 2:1 hesabı ilə məğlub edir. Bu, “El Tri”nin daha öncə 4 dəfə məğlub olduğu Kolumbusda ilk qalibiyyəti idi.
2017-ci il, mart
Kosta-Rika üzərində qazanılan 2:0 hesablı qələbə Meksikanı birinci sıraya yüksəldir. Xuan Karlos Osorionun yetirmələri bir də liderliyi əldən vermirlər.
2017-ci il, sentyabr
İrvinq Lozanyonun qolu sayəsində “Azteka”da Panamanı 1:0 məğlub edən Meksika sona üç tur qalmış dünya çempionatına vəsiqəni təmin edir.
2017-ci il, oktyabr
Trinidad və Tobaqodan üstün olan (3:1) Meksikanın 1998-ci ildən bəri ilk dəfə təsnifatı birinci sırada bitirməsi rəsmiləşir.
Dünya çempionatına hazırlıq
Meksika millisi DÇ-2018 ərəfəsində artıq 5 hazırlıq görüşü keçirib. Bosniya (1:0), İslandiya (3:0) və Şotlandiya (1:0) ilə oynanılan qarşılaşmalarda qələbəyə sevinən “El Tri” Xorvatiyaya (0:1) uduzub, Uelslə isə heç-heçə edib – 0:0. Meksika iyunun 9-da Danimarka ilə qüvvəsini sınayacaq.
Dünya çempionatında
Meksika millisi mundialda Almaniya, İsveç və Cənubi Koreya ilə birlikdə F qrupunda mübarizə aparacaq. Xuan Karlos Osorionun yetirmələri ilk matçda – 17 iyunda qrupun favoriti Almaniya ilə qarşılaşacaqlar. Ardınca iyunun 23-də Cənubi Koreya “El Tri”nin qarşısına çıxacaq. Nəhayət, 27 iyunda Meksika İsveçlə oynanılacaq matçla qrup mərhələsini tamamlayacaq.
Qrup mərhələsi
F qrupu
I tur
17 iyun
19:00. Almaniya – Meksika
“Lujniki”, Moskva
II tur
23 iyun
19:00. Cənubi Koreya – Meksika
“Rostov Arena”, Rostov
III tur
27 iyun
18:00. Meksika – İsveç
“Yekaterinburq Arena”, Yekaterinburq
Yekun iştirak ərizəsi
Qapıçılar: Gilyermo Oçoa (“Standard”, Belçika), Xose de Xesus Korona (“Kruz Azul”), Alfredo Talavera (“Toluka”);
Müdafiəçilər: Ektor Moreno (“Real Sosyedad”, İspaniya), Migel Layun (“Sevilya”, İspaniya), Dieqo Reyes (“Porto”, Portuqaliya), Uqo Ayala (UANL), Xesus Qalyardo (UNAM), Karlos Salsedo (“Ayntraxt”, Almaniya), Edson Alvares (“Amerika”), Rafael Markes (“Atlas”);
Yarımmüdafiəçilər: Andres Quardado (“Betis”, İspaniya), Marko Fabian (“Ayntraxt”, Almaniya), Ektor Errera, Xesus Manuel Korona (hər ikisi “Porto”, Portuqaliya), Conatan dos Santos, Covani dos Santos (hər ikisi “Los-Anceles Qalaksi”, ABŞ);
Hücumçular: Xavyer Akvino (UANL), Xavyer Ernandes (“Vest Hem”, İngiltərə), Karlos Vela (“Los-Anceles”, ABŞ), Oribe Peralta (“Amerika”), Raul Ximenes (“Benfika”, Portuqaliya), İrvinq Lozanyo (PSV, Hollandiya).
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır