[b]DÇ-2018: Millidə debüt etmədən mundiala yollanır [/b]
05.06.2018 - 15:54
[b]DÇ-2018: Millidə debüt etmədən mundiala yollanır [/b]

İngiltərə yığmasının yekun heyətinə salınan müdafiəçi Trent Aleksander-Arnoldla bağlı maraqlı məqam diqqət çəkir. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 20 yaşlı futbolçu hələ də millinin formasını geyinmək imkanı qazanmayıb.

 

Ötən mövsüm Yurgen Klopp tərəfindən kəşf edilən “Liverpul”un oyunçusu 34 matçda meydana çıxmaq imkanı əldə edib. Gənc sağ cinah müdafiəçisi əsas yığmada debüt etməsə də, baş məşqçi Qaret Sautqeyt onu Rusiyadakı turnirə aparmaq qərarına gəlib. Aleksander-Arnoldun ilk dəfə iyunun 7-də Kosta-Rika ilə keçiriləcək yoldaşlıq görüşündə meydana çıxması gözlənilir. İstənilən halda, futbolçu rəsmi yarışlarda debüt etmədən dünya çempionatına yollanacaq.

 

Qeyd edək ki, İngiltərə yığmasında müdafiənin sağ cinahında əsas heyət üzvü Kiran Trippier sayılır.