FİFA prezidenti Canni İnfantino dünya çempionatına son hazırlıqlar barədə danışıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, əsasən irqçilik məsələsində mərhəmət göstərməyəcəklərini söyləyib.
İnfantino bu cür şüarlar səslənəcəyi, dava-dalaşlar olacağı təqdirdə, matçların ləğvinin də mümkün olduğunu vurğulayıb: “İrqçiliklə bağlı bir narahatlığımız yoxdu, amma bu məsələyə həssas yanaşırıq. Dünya çempionatı öncəsi bütün tədbirləri alırıq. Belə bir hadisə yaşanarsa, hakimlər oyunu dayandıracaq. Hətta referilərə matçı ləğv etmək haqqı da vermişik”.
Qeyd edək ki, Rusiyada keçiriləcək dünya çempionatına iyunun 14-də start veiləcək.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır