[b]DÇ-2018: Qəhrəmanlığı diqqətdən yayınmadı[/b]
22.06.2018 - 21:03
Dünya çempionatının qrup mərhələsinin II turu çərçivəsində keçirilən Nigeriya – İslandiya matçının ən yaxşı futbolçusu açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA afrikalıların üzvü Ahmad Musanı fərqləndirib.
Çünki hücumçu 49 və 75-ci dəqiqələrdə vurduğu qollarla qarşılaşmanın qəhrəmanına çevrilib. Məhz bu qollar sayəsində Nigeriya turnirdə ilk xallarını qazanaraq (2:0), növbəti mərhələyə vəsiqə şansını artırıb.
Qeyd edək ki, Nigeriya yığması 2 turdan sonra 3 xalla D qrupunun 2-ci pilləsində qərarlaşıb.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0