[b]DÇ-2018: Qrupda qalan 5-ci komanda[/b]
22.06.2018 - 20:12
[b]DÇ-2018: Qrupda qalan 5-ci komanda[/b]

Dünya çempionatın qrup mərhələsinin II turu daha bir komandanın növbəti mərhələ arzusunu puç edib. Apasport.az saytının məlumatına görə, E qrupunda mübarizə aparan Kosta Rika üçün mundial həyəcanı qrup mərhələsindən sonra başa çatacaq.

 

Buna səbəb komandanın Serbiyadan sonra Braziliyaya da məğlub olmasıdı - 0:2. Nəticədə son turda İsveçrə ilə qarşılaşma kosta rikalılar üçün formal hal alıb.

 

Qeyd edək ki, buna qədər Misir, Səudiyyə Ərəbistanı, Mərakeş və Perunun qrupda qalacağı rəsmiləşib.