Portuqaliyanın əfsanəvi futbolçularından olan Nunu Qomeş komandasının dünya çempionatındakı şanslarını dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, yığmalarının çempionluq şansını yüksək hesab etmir.
Bununla belə, Nunu Qomeşin fikrincə, Portuqaliya qrupdan çıxmağa bocludu: “Portuqaliya çox güclü qrupa düşüb. Lakin bu qrupun favoritlərindən biridi. Komanda ilk oyununu İspaniyaya qarşı keçirəcək. Çox ağır sınaq olacaq. Avropa çempionu olsaq da, komandamız turnirin favoritləri sırasında deyil. Amma İran və Mərakeşlə matçlarda statusumuzu təsdiqləməliyik. Portuqaliya mütləq qrupdan çıxmalıdı. Bunun əksi uğursuzluq sayılacaq”.
Qeyd edək ki, Portuqaliya millisi B qrupunda ilk oyununu bu gün İspaniyaya qarşı keçirəcək.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır