[b]DÇ-2018: Şakiri ən yaxşı seçildi[/b]
23.06.2018 - 00:06
[b]DÇ-2018: Şakiri ən yaxşı seçildi[/b]

Dünya çempionatının qrup mərhələsinin II turu çərçivəsində keçirilən Serbiya – İsveçrə matçının ən yaxşı futbolçusu açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA ikincilərin yarımmüdafiəçisi Xerdan Şakirini fərqləndirib.

 

Çünki ulduz futbolçu qarşılaşmanın son dəqiqəsində rəqib qapıçısını məyus edərək, komandasına vacib qələbə qazandırıb – 2:1.

 

Qeyd edək ki, iki turdan sonra aktivində 4 xalı olan İsveçrə son görüşündə Kosta Rika ilə qarşılaşacaq.