Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 6 gün qalır. Növbəti dosye Seneqal millisi haqqındadı.

Seneqal
FIFA sıralaması: 27-ci yer
Dünya çempionatlarında iştirak sayı: 1 (2002)
Dünya çempionatlarında oyun sayı: 5 (2 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət)
Vurulan-buraxılan qol sayı: 7-6
Ən yaxşı nəticə: 1/4 final (2002)
Dünya çempionatlarında ən çox oyun keçirən seneqallı futbolçular: Ferdinand Koli, Omar Daf, Lamine Diatta, Pape Buba Diop, Pape Malik Diop, El-Haci Diuf, Toni Silva – hamısı 5 oyun
Dünya çempionatlarında ən çox qol vuran seneqallı futbolçu: Pape Buba Diop – 3 qol

Baş məşqçi
Aliu Sisse: 42 yaş (24.03.1976)
Aliu Sisse debüt turnirində - 2002-ci ildə keçirilən dünya çempionatında 1/4 finala qədər irəliləyən Seneqal yığmasının kapitanı idi. 2015-ci ildən etibarən milliyə baş məşqçi təyin olunan Sisse məşqçilik fəaliyyəti ilə də adından söz etdirməyə bacarır. Belə ki, 42 yaşlı Sissenin Seneqalı qrupunu məğlubiyyətsiz bitirərək, tarixində ikinci dəfə dünya çempionatına vəsiqə qazanıb.
![]()
Ulduz
Sadio Mane: 26 yaş (10.04.1992)
Qitənin ən perspektivli oyunçularından hesab edilən Sadio Mane 34 milyon funt sterlinq qarşılığında “Liverpul”a transfer olaraq, afrikalı futbolçular arasında keçidinə ən çox pul xərclənəni oldu. İlk dəfə 2012-ci il Yay Olimpiya Oyunlarında çıxış etmək üçün millinin düşərgəsinə çağrılan Mane bu müddət ərzində 49 matçda forma geyib və 14 qolla yadda qalıb. O, çıxış etdiyi “Liverpul”un da əsas simalarından biri hesab olunur.
Dünya çempionatına gedən yol: Həlledici məqamlar
2015-ci il, noyabr
Afrika zonası üzrə təsnifat mərhələsinin ikinci turunda Madaqaskarla səfər matçında hesab 2:0 ev sahiblərinin xeyrinə idi. Lakin ilk bir saatın tamamından sonra Seneqal geri-dönüş edərək, sürprizə imkan vermədi – 2:2. Cavab matçında isə Aliu Sissenin yetirmələri 3 cavabsız qolla mərhələ adladılar.
2016-cı il, noyabr
CAR-a 1:2 hesablı məğlubiyyətin ardından Seneqal rəsmiləri şübhəli penalti qərarına görə oyunu idarə edək hakim Jozef Lemptini FIFA-ya şikayət etdilər.
2017-ci il, may
Lamptinin CAR-la oyunda nəticəyə təsir etdiyi ortaya çıxdı və o, ömürlük futboldan uzaqlaşdırıldı.
2017-ci il, sentyabr
Burkina Faso ilə ev və səfər görüşlərində qeydə alınan heç-heçələrin ardından FIFA CAR-la görüşün yenidən keçirilməsinə dair qərar verdi.
2017-ci il, noyabr
Yenidən keçirilən görüşdə CAR-ı 2:0 hesabı ilə məğlub edən Seneqal ehtiyatda oyun olmasına baxmayaraq, mundiala vəsiqəni təmin etdi.

Dünya çempionatına hazırlıq
Seneqalın mundial hazırlıqları çərçivəsində keçiridiyi hər üç görüşdə - Özbəkistan (1:1), Bosniya və Herseqovina (0:0), Lüksemburq (0:0) - heç-heçə qeydə alınıb. Afrikalılar növbəti yoxlama görüşlərini Xorvatiya və Cənubi Koreyaya qarşı keçirəcəklər.
Dünya çempionatı
Seneqal Polşa, Kolumbiya və Yaponiya yığmaları ilə birlikdə H qrupunda mübarizə aparacaq.
Qrup mərhələsi
H qrupu
I tur
19 iyun
19:00. Polşa – Seneqal
“Otkrıtıe Arena”, Moskva
II tur
24 iyun
19:00. Yaponiya – Seneqal
“Yekaterinburq Arena”, Yekaterinburq
III tur
28 iyun
18:00. Seneqal – Kolumbiya
“Samara Arena”, Samara
Yekun iştirak ərizəsi
Qapıçılar: Xadim Ndiaye (“Horoya”, Qvineya), Abdulaye Diallo (“Renn”, Fransa), Alfred Qomis (“Spal”, İtaliya);
Müdafiəçilər: Kara Mbodji (“Anderlext”, Belçika), Lamine Qassama (“Alanyaspor”, Türkiyə), Xalidu Kulibali (“Napoli”, İtaliya), Salif Sane (“Şalke”, Almaniya), Saliou Siss (“Valensyenn”, Fransa), Mussa Vake (“Eupen”, Belçika), Yussuf Sabali (“Bordo”, Fransa);
Yarımmüdafiəçilər: İdrissa Queye (“Everton”, İngiltərə), Çeyku Kuyate (“Vest Hem”, İngiltərə), Çeyk Ndoye (“Birmingem”, İngiltərə), Alfred Ndiaye (“Vulverhempton”, İngiltərə), Badou Ndiaye (“Stok Siti”, İngiltərə);
Hücumçular: Sadio Mane (“Liverpul”, İngiltərə), Mussa Sou (“Bursaspor”, Türkiyə), Mame Biram Diuf (“Stok Siti”, İngiltərə), Mussa Konate (“Amyen”, Fransa), Keyta Balde (“Monako”, Fransa), İsmaila Sarr, Diafra Sako (hər ikisi “Renn”, Fransa), Mbaye Nyanq (“Torino”, İtaliya).
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır