Rusiya yığmasının müdafiəçisi İlya Kutepov maraqlı açıqlama ilə diqqət çəkib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 25 yaşlı futbolçu qrup mərhələsindəki rəqibləri Uruqvay və Misirin lider oyunçuları haqda danışıb.
Belə ki, o, Uruqvayın hücumçusu Luis Suares və Misirin lideri Məhəmməd Salahı dayandırmağın yolunu tapdığını söyləyib: “Suaresdən qorxurammı? Əlbəttə ki, xeyr. Ehtiyac olsa, onu dişləyərəm. Salahın sərgilədiyi oyun məni narahat etmir. Onu Serxio Ramos kimi dayandıra bilərəm”.
Qeyd edək ki, Rusiya millisinin A qrupundakı rəqibləri Misir, Uruqvay və Səudiyyə Ərəbistanıdı.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır