Debütant ev oyunlarını Şamaxıda keçirəcək
12.09.2025 - 09:07

Azərbaycan I Liqasının debütantı "Şimal" ev oyunlarını keçirəcəyi stadion bəlli olub.
Apasport.az xəbər verir ki, komanda matçlarını Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın ev oyunlarını keçirdiyi Xaçmaz Olimpiya İdman Kompleksinin stadionu I Liqa matçları üçün əlverişsiz hesab olunduğundan Şimal təmsilçisi Şamaxıya köçüb.
0
0