Fransa millisinin baş məşqçisi Didye Deşam postunda qalacaq. Apasport.az saytının məlumatına görə, o, bu barədə Xorvatiya ilə oynanılan final görüşündən (4:2) sonra açıqlama verib.
“Jakenin etdiyini təkrarlamayacam. Müqavilə şərtlərinə əməl etməliyəm və planlaşdırıldığı kimi, işimə davam edəcəm. Bir neçə həftəlik yoxa çıxacam, ancaq yenidən görüşəcəyik” – deyə, Deşam bildirib.
49 yaşlı mütəxəssisin Fransa Futbol Federasiyası ilə olan müqaviləsi 2020-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Fransa millisinə ilk dünya çempionluğunu qazandıran Eme Jake DÇ-1998-dən sonra tutduğu postdan istefa vermişdi.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək