Donnarumma İngiltərə yolunda
13.07.2025 - 14:51

PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb.
“Çelsi” italiyalı qolkiperin xidmətində maraqlıdır.
Donnarummanın PSJ ilə müqaviləsi 2026-cı ilin yayına kimidir. Paris klubu qapıçını komandada saxlamaq istəyir.
0
0