Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar dövlət qurumları arasında futzal turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublika stadionunda turnirin püşkatma mərasimi təşkil olunub.
AFFA-nın, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futzal Federasiyasının və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gətirilən yarışda 17 komanda 4 qrupda mübarizə aparacaq. Qruplarda ilk iki pilləni tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaq.
Turnirə sentyabrın 14-də start veriləcək və matçları bir müddət əvvəl Naxçıvanda təşkil olunan kurslarda iştirak etmiş hakimlər idarə edəcək. İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək oyunlara oktyabrın 6-da yekun vurulacaq.
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”