Belçika millisinin futbolçusu Eden Azar DÇ-2018-in rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, 3-cü yer uğrunda İngiltərə ilə qarşılaşmada matçın ən yaxşısı seçilən kapitan üçüncü dəfə belə uğura imza atıb.
Mundialda yalnız iki oyunçu 3 dəfə FİFA tərəfindən fərqləndirilmişdi. Bunlar Luka Modriç və Hari Keyn idi. Sonuncu Azarla dueldə rəqibinin ona şərik çıxmasına mane ola bilməyib.
Modriç isə sabah Fransa ilə finalda 4-cü dəfə oyunun adamı seçilə bilər. Həmin matçın iştirakçılarından Killian Mbappe və Antuan Qrizmann isə rekorda şərik olmaq iddiasındadı. Onlar hərəyə 2 dəfə ən yaxşı seçilib.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək