Ehtiram Quliyev Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesi ilə tanış olub - FOTO
07.10.2025 - 14:34
Ehtiram Quliyev Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesi ilə tanış olub - FOTO

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesi və təmir-bərpa ilə işləri ilə tanış olub.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ot örtüyünün dəyişdirilməsini icra edən “Caspian Sport and Landscape” şirkətinin direktoru Filip Şarplaz klub rəhbərinə proseslə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, təbii ot örtüyünün oktyabr ayının sonunadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub.