“Əl İttihad”ın futbolçusu “İnter” yolunda
29.01.2026 - 16:21
“Əl İttihad”ın futbolçusu “İnter” yolunda

İtaliyanın “İnter” klubu heyətini yeni vingerlə gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, “neradzurri” “Əl İttihad”da çıxış edən Mussa Diabi ilə maraqlanır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“İnter” 26 yaşlı futbolçunu satınalma hüququ ilə birlikdə icarəyə götürmək istəyir. Klublar arasında danışıqlar davam edir.

Diabi bu mövsüm 24 oyunda 3 qol vurub, 11 məhsuldar ötürmə edib.