Misli Premyer Liqasında daha bir ayrılıq gündəmdə olub.
Apasport.az-ın əldə etdiyi məlumata görə, “Araz-Naxçıvan” Elmar Baxşıyevlə yollarını ayırmağı planlaşdırmış.
Klub rəhbərliyi 44 yaşlı mütəxəssislə vidalaşmaq niyyətində olub.
Lakin komandanın uğurlu nəticələri bu planın baş tutmasına imkan verməyib. “Ağ-qırmızılar”ın nümayiş etdirdiyi oyun rəhbərliyin planlarını pozub. Muxtar Respublika təmsilçisinin ötən turdakı qələbəsi isə demək olar ki, Baxşıyevin yerini bərkidib.
“Araz-Naxçıvan” bu mövsüm keçirdiyi 5 matçda yalnız bir məğlubiyyət alıb. Komanda “Qarabağ”a uduzub – 1:5. Ardınca Elmar Baxşıyevin yetirmələri növbəti 4 görüşdə 10 xal toplamağı bacarıb.
İndiki halda isə bu nəticələr mütəxəssisi istefaya göndərmək üçün kifayət etmir. Lakin komandanın düşəcəyi hər hansısa “uğursuzluq zolağı”nda Baxşıyevə böyük ehtimalla yol görünəcək.
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”