Misli Premyer Liqasının XVI turunun "Araz-Naxçıvan" - "Şamaxı" matçından (2:0) sonra ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:
"Ağır oyun alındı. Meydançada yaxşı mübarizənin şahidi olduq. "Şamaxı" da yaxşı, mobil komandadır. Bu gün futbol adına yaxşı oyuna şahidlik etdik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Əzmkar qələbə qazandıq. Onları qarşıdan gələn bayramlarını təbrik edirəm. Ümid edirəm ki, komanda şəklində yeni ildən daha yaxşısını, daha da artığını etməyə çalışacağıq".