
Misli Premyer Liqasının VI turunun "Şamaxı" - "Araz-Naxçıvan" matçından (1:1) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bölüşüb:
"İki fərqli hissə oynadıq. Komanda ilk yarıda oyuna girə bilmədi. İstədiklərimizi icra etməkdə çətinlik çəkirdik. "Şamaxı" yaxşı təzyiq göstərdi. İkinci hissədə fərqli oynadıq. Dönüş yaradıb 1 xal qazandıq. Bu gün uda da bilərdik, uduza da. Qismətdə 1 xal var idi".
- İddialı komandalar autsayderlərlə oyunlarda xal itirir. Sizcə, bunun səbəbi nədir?
- "Şamaxı"ya autsayder gözü ilə baxmırıq. Heyətlərində yaxşı futbolçular var. "Şamaxı" meydanda nə etmək istədiyini bilən komandadır. Meydança süni örtüklü olduğu üçün futbolçular çətin adaptasiya olurlar. Bu gün azarkeşlər üçün maraqlı oyun oldu.
- "Qarabağ"a ağır məğlubiyyətin bugünkü matça təsiri oldu?
- Xeyr. Məğlubiyyətlərin üzərində çox dayanmırıq. Komanda olaraq onu unudub qarşıdakı matçlara köklənirik.
- Aqil Nəbiyev: “Qələbəni şəhid ailələrinə və qazilərimizə həsr edirik” - VİDEO
- Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak edib - FOTO
- Millimiz MDB Oyunlarına qələbə ilə başladı
- III MDB Oyunları: Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
- "Məni xilas edən xüsusi təyinatlı zabit sonradan intihar etdi" - MÜSAHİBƏ