
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində Azərbaycan yığması Rumıniya millisini məğlub edib.
Apasport.az xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Elşad Quliyev bir sıra açıqlamalar verib:
"İlk növbədə xalqımızı təbrik edirəm. Bizə sona qədər dəstək olan azarkeşlərə minnətdaram. Ağır oyun idi. Bizim üçün çox çətin oldu. Bundan sonrakı matçlar da asan olmayacaq. Çempion olmaq istəyiriksə, bu çətinliklərin öhdəsindən gəlməliyik.
Rumıniya çox güclü rəqibdir. Onları məğlub etmək bizim üçün hər zaman xoşdur. Avropa çempionu olanda da rumınları məğlub etmişdik. Rumıniya üzərində qələbə bizim üçün əlavə motivasiya olacaq. 1/4 finalda İngiltərəyə qarşı bizi daha çətin yun gözləyir. Artıq sabahdan həmin matça hazırlaşacağıq. İngilislərin Portuqaliya ilə oyununu izləməmişəm. Bu gecə həmin matça baxacağam.
Ağaseyid keçən oyun çox yaxşı dayanmışdı. İlk hissədə də pis deyildi. Vəli Qafarov da peşəkar qapıçıdır. Bu gün möhtəşəm dayandı. Oyunçular arasında güc bölünməlidir”.