"Həyacanlı matç alındı. Bu qədər həyəcanlı olacağını gözləmirdik".
Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev deyib.
Millimizin üzvü "FIFA Series – 2026" beynəlxalq turnirində Syerra Leone yığmasına penaltilər seriyasında qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb:
"Rəqibin güclü komanda olduğunu bilirdik. Amma bu qədər gözləmirdik. Hər iki hissədə yaxşı mübarizə apardılar. Fiziki olaraq çox yaxşı formada idilər. Amma şükürlər olsun ki, qalib gəldik. Bütün komandanı təbrik edirəm".
Elvin bu nəticələri gələcəkdəki matçlarda da qazanmaq istədiklərini vurğulayıb:
"Bu inamı gələcəkdəki matçlara da daşımalıyıq. Qələbə vacib idi və bizə inam verib. Komandada böyük motivasiya var. Uşaqlar çox həvəslidir. Bu motivasiya ilə qələbələri qazanmaq niyyətindəyik. Əsas məqsədimiz UEFA Millətlər Liqasında C Liqasına yüksəlməkdir. Özümüzə inanırıq. Öz yerimizə qayıtmaq istəyirik".