Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov UEFA Millətlər Liqasının D2 qrupunda Lixtenşteynlə keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi qarşılaşmanın vacibliyini vurğulayıb:
“Sabah bizim üçün vacib oyun olacaq. Mütləq qalib gəlməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Gərginlik yox, məsuliyyət var. Hamı bilir ki, qalib gəlməliyik. Əvvəlki rəqiblərə, məsələn, Fransa ilə matça baxanda, bizdən qələbə yox, yaxşı oyun gözləyirdilər. Burada isə yaxşı oyun yetərli deyil, mütləq qalib gəlməliyik”.
Qeyd edək ki, Azərbaycan – Lixtenşteyn matçı oktyabrın 1-də saat 20:00-da başlayacaq.
- Lixtenşteynli futbolçu: “Qələbə üçün əlimizdən gələni edəcəyik”
- I Liqada üç turun oyun cədvəli bəlli olub
- “Real”ın yeni hədəfi – Van Daykı pulsuz transfer etmək istəyir
- "Neftçi" - "Sabah" matçının biletləri satışa çıxarılır
- "Zirə"nin aşağı yaş qruplarının üzvləri üçün maarifləndirici sessiya təşkil olunub