"Sabah yaxşı oyun göstərərək qalib gəlməyə çalışacağıq".
Apasport.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin üzvü Emin Mahmudov sabah Latviyaya qarşı keçirəcəkləri yoxlama matçından öncə mətbuat konfransında bildirib.
O, yığmanın hazırkı vəziyyəti iləbağlı bir sıra açıqlamalar verib:
"Bunu bacaracağımıza inanıram. Çünki qələbə qazanacaq keyfiyyətə malik futbolçularımız var. Düzdür, Latviya yığması da yaxşı komandadır. Ancaq bizə qələbə lazımdır".
Qeyd edək ki, Latviya - Azərbaycan matçı iyunun 7-də Riqadakı “Skonto” stadionunda Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB