Əvəzedicilər Liqası: Mövsümə yekun vuruldu
26.05.2025 - 22:26
Əvəzedicilər Liqası: Mövsümə yekun vuruldu

Əvəzedicilər Liqasında 2024/25 mövsümünə yekun vurulub.

Apasport.az xəbər verir ki, bu gün XXXVI turun son oyunları keçirilib.

“Turan Tovuz-2” evdə “Kəpəz-2” üzərində 4:1 hesablı darmadağına sevinib. “Zirə-2” isə “Araz-Naxçıvan-2”-yə 3 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, mövsümü "Sabah-2" 69 xalla çempion başa vurub.

Əvəzedicilər Liqası
36-cı tur
26 may

“Turan Tovuz-2” – “Kəpəz-2” 4:1
Qollar: 
Məzahir Məmmədzadə, 30. Mircamal Əlizadə, 62. Dinamin Bağırov, 75. Nicat Quliyev, 88 – Cavad Kərimov, 45+1.

“Araz-Naxçıvan-2” – “Zirə-2” 0:3
Qollar: 
Rüfət Tahirov, 32. Elşən Abdullayev, 73. Vüsal Əliyev, 86.

Turun digər oyunları:
“Sabah-2” – “Neftçi-2” 2:2
“Səbail-2” – “Sumqayıt-2” 2:3
“Qarabağ-2” – “Şamaxı-2” 4:4