Fanatları sürpriz gözləyir: "Sabah" - "Neftçi"nin biletləri satışda
15.05.2026 - 21:03
Fanatları sürpriz gözləyir: "Sabah" - "Neftçi"nin biletləri satışda

 "Sabah" Misli Premyer Liqasında 2025/26 mövsümünün son ev oyununda "Neftçi"ni qəbul edəcək.

Bu qarşılaşmada futbol ab-havasını yaşamaqla yanaşı, azarkeşləri bir-birindən maraqlı sürprizlər də gözləyir:

Klubdan "apasport"a verilən məlumata görə, oyunu stadiondan izləyən 2 azarkeş "Sabah", "Bank Respublika" və "Azərlotereya"nın dəstəyi ilə  komandamızın UEFA Çempionlar Liqasındakı ilk səfər oyununa yollanmaq şansı qazanacaq.

Oyundan sonra 2025/26 mövsümünün çempionu olan "Sabah"a çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.

Matçdan 2 saat öncə azarkeşlər üçün hədiyyəli fan zona fəaliyyət göstərəcək.

Oyundan sonra tanınmış "Qara Dərviş" qrupunun iştirakı ilə möhtəşəm şou proqram keçiriləcək.

32-ci tur çərçivəsində baş tutacaq oyun mayın 17-də, saat 18:00-da “Bank Respublika Arena”da keçiriləcək.

Biletləri onlayn olaraq https://iticket.az/events/sport/sabah-fk-neftci-pfk26, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.