Bu ilin sentyabrında Bakıda baş tutacaq cüdo üzrə dünya çempionatının təbliğinə həsr olunan Federasiya kubokunun final mərhələsi keçirilib. Apasport.az-ın federasiyanın saytına istinadan məlumatına görə, Göygöl rayonunun ev sahibliyi turnirdən bir gün öncə bölgə hakimlərinin seminarı təşkil olunub. Seminarda cüdonun yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib və fikir mübadilələri aparılıb.
Kiçik yaşlı yeniyetmələrin regionlararsı Federasiya kubokunun finalında ən güclü komandalar mübarizə aparıb. Bütün rəqiblərinə qalib gələn "Bakı - 1" komandası birinci yerə layiq görülüb. "Şimal-Qərb" komandası yarışın gümüş medalını qazanıb. "Bakı-2" və "Sumqayıt-1" komandaları bürünc medallara sahib olublar.
İlk dəfə olaraq keçirilən Federasiya kubokunun qalib və mükafatçılarına diplom, kubok və medallar təqdim olunub.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək