"Fənərbaxça" baş məşqçisi ilə yolları ayırıb
12.01.2026 - 15:56
"Fənərbaxça" baş məşqçisi ilə yolları ayırıb

"Fənərbaxça" kişilərdən ibarət voleybol komandasının baş məşqçisi Slobodan Kovaçla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Türkiyə millisinin də baş məşqçisi olan serbiyalı mütəxəssislə qarşılıqlı razılaşma əsasında ayrılıq qərarı verilib.

Qeyd edək ki, tərəflər arasında bu qərar yeni strukturlaşma çərçivəsində qəbul olunub.