"Fənərbaxça" və "Qalatasaray"ın futbolçuları saxlanılıb
05.12.2025 - 11:52
"Fənərbaxça" və "Qalatasaray"ın futbolçuları saxlanılıb

"Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaş saxlanılıb.

Apasport.az "Yenişafak" nəşrinə istinadla xəbər verir ki, yarımmüdafiəçi mərc oyunlarında iştirak etməkdə ittiham olunur. 

"Qalatasaray"ın gənc futbolçusu Metehan Baltacının da eyni səbəblə saxlanıldığı bildirilir.

Qeyd edək ki, İstanbul Respublika Prokurorluğu bu gün səhər saatlarında mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində əməliyyat keçirib. Əməliyyat zamanı bir neçə futbolçu və klub rəsmiləri saxlanılıb.