İyulun 5-də gənclər və idman naziri Fərid Qayıbov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) İcraçı katibi Armida Salsiah Alisjahbananı qəbul edib.
Bu barədə apasport.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycanla ESCAP arasında ikitərəfli əməkdaşlıq məsələləri və gənclər siyasətinin inkişafı mövzusunda fikir mübadiləsi aparılıb. Həmçinin gələcəkdə həyata keçiriləcək birgə layihələr və təşəbbüslərlə bağlı müzakirələr aparılıb.
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB
- Zaur İsmayılov: “İkinci hissədə bunun nəticəsini gördük”
- “Sumqayıt” - “Şəfa” matçının məkanı dəqiqləşib
- Bakıda Arsen Vengerin iştirakı ilə "ustad dərsi" təşkil olunub
- Azərbaycan millisinin dünya çempionatındakı növbəti rəqibi bəlli oldu