Fernandu Santuş qovuldu - SON DƏQİQƏ
08.09.2025 - 12:01
Fernandu Santuş qovuldu - SON DƏQİQƏ

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz evdə Ukrayna ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında iştirak etməyib.

AFFA-nın baş katibi Cahangir Fərcullayev portuqaliyalı mütəxəssisin qovulduğunu açıqlayıb:

"Bu gün AFFA-nın İK-nın qərarı ilə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun müqaviləsinə qarşılıqlı razılaşma əsasənda xitam verilmişdir".