FIFA lisenziyalı xarici agent və skautlar “Sumqayıt”ın bazasında
06.11.2025 - 17:17
FIFA lisenziyalı xarici agent və skautlar “Sumqayıt”ın bazasında

FIFA lisenziyalı xarici agent və skautlar “Sumqayıt” Futbol Klubunun bazasında qonaq olublar.

Apasport.az xəbər verir ki, klub rəsmiləri tərəfindən komandanın strategiyası barədə qonaqlara bir sıra məlumatlar verilib. Daha sonra isə onlar ev oyunlarının keçirildiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və “SOCAR Polymer” təlim-məşq mərkəzi ilə tanış olublar.

Yekunda isə xatirə şəkli çəkdirilib.