[b]Fransayla İtaliyanın rekordu təkrarlandı [/b]
14.07.2018 - 18:56
[b]Fransayla İtaliyanın rekordu təkrarlandı

[/b]

DÇ-2018-in 3-cü yer uğrunda oyununda hesabı açan Tomas Menye Belçika yığmasının mundialda qol vuran 10-cu oyunçusu olub. Apasport.az saytının məlumatına görə, İngiltərə ilə qarşılaşmayadək komandanın 14 qoluna 9 futbolçu imza atmışdı.

 

15-ci qolun müəllifi bu siyahıya 10-cu kimi düşüb. Bununla da dünya çempionatları tarixinin rekordu təkrarlanıb.

 

Bunadək iki dəfə eyni komandanın 10 üzvü bir mundialda fərqlənmişdi. 1982-ci ildə Fransa, 2006-cı ildə İtaliya yığmasında bu qədər futbolçu qol sevinci yaşamışdı.