I Liqa təmsilçisi heyətini yeni futbolçu ilə gücləndirib
12.07.2025 - 11:33
I Liqa təmsilçisi heyətini yeni futbolçu ilə gücləndirib

“Difai” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi İlkin Alıyevi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı hücumçu ilə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, İlkin Alıyev karyerası ərzində “Araz-Saatlı” ,”Şəmkir”, “Mingəçevir”, “Baku Sporting” klublarında çıxış edib.