II Liqa: Çempion müəyyənləşdi - YENİLƏNİB
21.05.2025 - 18:57
II Liqa: Çempion müəyyənləşdi - YENİLƏNİB

Bu gün Azərbaycan 2-ci liqasında 2024/25 mövsümünün çempionu bəlli olub.

Apasport.az xəbər verir ki, 26-cı turun son oyun günündə 4 matç keçirilib.

Lider "Şahdağ Qusar" "Dinamo"nun qonağı olub.

Gərgin keçən qarşılaşmanın qalibi müəyyənləşməyib. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Bu nəticə ilə xallarının sayını 72-yə çatdıran "Şahdağ Qusar" çempion titulunun sahibi olub.

Qeyd edək ki, daha əvvəl 2-ci liqa təmsilçilərindən "Şahdağ Qusar", "Şəfa", "Şimal" 1-ci liqaya vəsiqəni təmin edib. 

21 may (çərşənbə) 

17:00.“Şəmkir” – “Şəki Siti” 2:0

Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov

Şəmkir OİK stadionu

17:00.“Araz Saatlı” – “Hypers Guba” 0:2

Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Samir Qaracayev, Vüqar Həsənli

Saatlı OİK stadionu

17:00.“Dinamo” – “Şahdağ Qusar” 0:0

Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Rəhman Aslanov, İslam Məmmədov

Binə qəsəbə stadionu

17:00.“Qusar” – “Şəfa” 0:9

Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Mirnihad Seyidov, Rövşən Rəcəbov

Neftçi Futbol Mərkəzi (IV meydança)