
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXXIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
17.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXV turun “Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilsin (maddə 51.2);
17.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXV turun “Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” klubu 700 manat cərimə edilsin (maddə 37);
16.05.2025-ci il tarixində I Liqada XXVI turun “İmişli” – “Baku Sporting” oyununun 71-ci dəqiqəsində “Baku Sporting” klubunun 20 nömrəli futbolçusu Əli Mürsəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Baku Sporting” klubu 50 manat cərimə edilsin (maddə 36.5);
16.05.2025-ci il tarixində I Liqada XXVI turun “İmişli” – “Baku Sporting” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilsin (maddə 51.2);
16.05.2025-ci il tarixində I Liqada XXVI turun “İmişli” – “Baku Sporting” oyununda “Zona A”da akkreditasiyası olmayan şəxslər olduğuna görə “İmişli” klubu 50 manat cərimə edilsin (maddə 51.8);
16.05.2025-ci il tarixində I Liqada XXVI turun MOİK – “Mingəçevir” oyununda MOİK klubunda 6 nəfər sarı vərəqə aldığı üçün MOİK klubu 70 manat cərimə edilsin (maddə 37);
16.05.2025-ci il tarixində I Liqada XXVI turun MOİK – “Mingəçevir” oyunu bitdikdən sonra “Mingəçevir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” klubu 150 manat cərimə edilsin (maddə 52.2);
16.05.2025-ci il tarixində I Liqada XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilsin (maddə 37);
16.05.2025-ci il tarixində I Liqada XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Qaradağ Lökbatan” klubunun məşqçisi Amit Quluzadə hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalansın, “Qaradağ Lökbatan” klubu 400 manat cərimə edilsin (maddə 43.4);
16.05.2025-ci il tarixində I Liqada XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilsin (maddə 70.1);
16.05.2025-ci il tarixində I Liqada XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilsin (maddə 51.2);
18.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXV turun “Sumqayıt-2” – “Turan Tovuz-2” oyununun 90+2-ci dəqiqəsində “Sumqayıt-2” komandasının 47 nömrəli futbolçusu Hüseyn Xıdırov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Sumqayıt-2” komandası 150 manat cərimə edilsin (maddə 39.1);
19.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXV turun “Neftçi-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Səbail-2” komandası 70 manat cərimə edilsin (maddə 37);
17 may 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Şamaxı FK-Kəpəz PFK oyununda Kəpəz PFK komandasının heyətində N8 futbolçu Amur Yusifov qarşılaşmanın 45-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 43.3);
16 may 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Səbail PFK-Sumqayıt FK oyununda Səbail PFK komandasının heyətində N11 futbolçu Fariz Hüseynov qarşılaşmanın 90+3-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
10 may 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Zirə PFK-Turan Tovuz FK oyununda Zirə PFK komandasının heyətində adı protokolda qeyd edilməyən N6 futbolçu meydana daxil olduğuna görə Zirə PFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.6);
15 may 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Kəpəz PFK-Səbail PFK oyununda Kəpəz PFK komandasının heyətində N4 futbolçu Sabir Zeynalov qarşılaşmanın 89-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 43.3);
15 may 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Neftçi PFK-VƏTƏN İOEUGFMPHŞ oyununda VƏTƏN İOEUGFMPHŞ komandasının heyətində N11 futbolçu Renat Muştakov qarşılaşmanın 68-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
18 may 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Dinamo(Bakı) FK-Araz Naxçıvan PFK oyununda Araz Naxçıvan PFK komandasının heyətində N14 futbolçu Səfər Babayev qarşılaşmanın 67-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
18 may 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Neftçi PFK-Zirə PFK oyununda Neftçi PFK komandasının heyətində N18 futbolçu Altun Xancanlı qarşılaşmanın 66-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 43.3);
18 may 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Neftçi PFK-Zirə PFK oyununda qarşılaşmanın 75-ci dəqiqəsində Zirə PFK komandasının köməkçi məşqçisi Seymur Şəbiyev hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 42.4);
17 may 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Neftçi İK İB-Metak FK oyununun 18-ci dəqiqəsində Metak FK komandasının baş məşqçisi Vüqar Asəliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalansın (maddə 43.4);
17 may 2025-ci il tarixində AFFA U-12 Liqasında keçirilən Flaqman-Anart oyununda Flaqman komandasının heyətində N1 futbolçu Əli Nəcəfli qarşılaşmanın 59-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
17 may 2025-ci il tarixində AFFA U-12 Liqasında keçirilən Baku Sporting-Lamasiya Baku oyunu bitdikdən sonra Baku Sporting komandasının heyətində N14 futbolçu Ulfat Karaev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 2 oyun cəzalansın (maddə 40.3);
17 may 2025-ci il tarixində AFFA U-12 Liqasında keçirilən Baku Sporting-Lamasiya Baku oyunu bitdikdən sonra Lamasiya Baku komandasının heyətində N7 futbolçu Sahib Nəzərov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 2 oyun cəzalansın (maddə 40.3);
22 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK–Metak FK oyununda Şamaxı FK komandasında adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanovla bağlı məsələyə AFFA Apellyasiya Arbitraj Tribunalının 21 may tarixli qərarına əsasən yenidən baxılıb və qərara alınıb:
22 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK–Metak FK oyununda Şamaxı FK komandasında adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq Metak komandasının bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaq Vüqar Süleymanov 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilsin (maddə 40.3, 40.11, 21, 1);
15.05.2025-ci il tarixində keçirilən Araz Naxçıvan – Şuşa oyununda Araz Naxçıvan komandasının oyunçusu Carlos Henrique Bertuola oyunun 14-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə 2-ci sarı vərəqədən qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
15.05.2025-ci il tarixində keçirilən Baku Fire – U-19 oyununda Baku Fire komandasının oyunçusu Nihad İsmayılovun oyunun 22-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
18.05.2025-ci il tarixində AFFA U-17 Qızlar Liqasında “Şəfa” FK – “Marxal” (Şəki) oyunu “Marxal” (Şəki) komandasının oyuna gəlməməsi səbəbindən baş tutmadığına görə “Marxan” (Şəki) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1).