
Bu gün Azərbaycan 2-ci liqasında 2024/25 mövsümünün çempionu bəlli olub.
Apasport.az xəbər verir ki, 26-cı turun son oyun günündə 4 matç keçirilib.
Lider "Şahdağ Qusar" "Dinamo"nun qonağı olub.
Gərgin keçən qarşılaşmanın qalibi müəyyənləşməyib. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Bu nəticə ilə xallarının sayını 72-yə çatdıran "Şahdağ Qusar" çempion titulunun sahibi olub.
Qeyd edək ki, daha əvvəl 2-ci liqa təmsilçilərindən "Şahdağ Qusar", "Şəfa", "Şimal" 1-ci liqaya vəsiqəni təmin edib.
21 may (çərşənbə)
17:00.“Şəmkir” – “Şəki Siti” 2:0
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov
Şəmkir OİK stadionu
17:00.“Araz Saatlı” – “Hypers Guba” 0:2
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Samir Qaracayev, Vüqar Həsənli
Saatlı OİK stadionu
17:00.“Dinamo” – “Şahdağ Qusar” 0:0
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Rəhman Aslanov, İslam Məmmədov
Binə qəsəbə stadionu
17:00.“Qusar” – “Şəfa” 0:9
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Mirnihad Seyidov, Rövşən Rəcəbov
Neftçi Futbol Mərkəzi (IV meydança)