II Liqa klubunda ayrılıq
03.02.2026 - 22:20
Futbol üzrə Azərbaycan II Liqa təmsilçisi "Şəki"də ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, hücumçu Cavid İmamverdiyev komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı forvardla qarşılıqlı razılıq əsasında yollar ayrılıb.
Qeyd edək ki, Cavid İmamverdiyev 2025-ci ildən "Şəki"də çıxış edirdi.
0
0