II Liqa: “Qaradağ Lökbatan” və "Araz Saatlı"dan darmadağın
24.11.2025 - 18:51
II Liqa: “Qaradağ Lökbatan” və "Araz Saatlı"dan darmadağın

Futbol üzrə Azərbaycan II Liqasında X turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma keçirilib.

“Ağdaş”la qarşılaşan “Araz Saatlı” mövsümdə ilk qələbəsini qazanıb. Ev sahibi komanda rəqibini 3:1 hesabı ilə məğlub edib.

“Qaradağ Lökbatan” isə səfərdə “Şirvan”ı darmadağın edib – 5:0.

Bu qələbə ilə komanda turnir cədvəlində liderliyə yüksəlib.

II Liqa, X tur

24 noyabr

"Araz Saatlı" - "Ağdaş" 3:1
Qollar: 
R.Abdullayev, 29, 83, H.Rüstəmov, 89 - İ.Nuruşov, 75

"Göygöl" - "Şəmkir" 1:2
Qollar:
 N.Təhməzli, 43 - C.Rəhimli, 49, C.Rəcəbli, 59

"Şirvan" - "Qaradağ Lökbatan" 0:5
Qollar: 
T.Nəsibov, 34, 64, R.Şahmuradov, 43, İ.Hüseynov, 86, E.Quluzadə, 89