II liqada 13-cü tura yekun vurulacaq
16.12.2025 - 13:57
II liqada 13-cü tura yekun vurulacaq

Bu gün Azərbaycan 2-ci liqasında 13-cü tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçiriləcək.

Lider "Xankəndi" "Ağstafa Gəncləri"ni qəbul edəcək. "Şirvan" "Göygöl"ün qonağı olacaq. "Ağdaş" isə "Dinamo" ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün "Quba" "Şəmkir"ə, "Kür-Araz" "Araz-Saatlı"ya qalib gəlib. "Qaradağ Lökbatan" - "Şəki Siti" oyunu isə qonaq komandanın stadiona gəlməməsi səbəbindən baş tutmayıb.

16 dekabr (çərşənbə axşamı)

14:00. “Xankəndi” – “Ağstafa Gəncləri”
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elman Kərimov, Nahid Xasıyev
“Palms Sports Arena” (IV meydança)

14:30. “Göygöl” – “Şirvan”
Hakimlər: Sənan Bayramzadə, Asif Abdullayev, Əkbər Əliyev, Rəsul Babayev
Göygöl OİK stadionu

14:30. “Ağdaş” – “Dinamo”
Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Elmin Süleymanov, Murad Səlimov
Ağdaş şəhər stadionu