III MDB Oyunları: Belarus 3-cü, Özbəkistan 5-ci olub
03.10.2025 - 17:13

III MDB Oyunları çərçivəsində Qəbələ şəhər stadionunda keçirilən futbol üzrə yarışlarda daha iki görüş baş tutub.
Apasport.az xəbər verir ki, 5-ci yer uğrunda matçda Özbəkistan və Qırğızıstan milliləri üz-üzə gəlib.
Matç Özbəkistanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Bürünc medal uğrunda oyunda isə Belarus yığması Tacikistana qalib gəlib – 2:0.
Qeyd edək ki, futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq. Finalda Azərbaycan və Rusiya milliləri münasibətləri aydınlaşdıracaq.
- Aqil Nəbiyev: “Finalda azarkeş dəstəyinə ehtiyacımız var” - VİDEO
- Millimizin futbolçuları üçün danışılmış oyunlara qarşı sessiya keçirilib - FOTO
- Bakıda IV Ənənəvi Minifutbol Turniri davam edir
- Minifutbol üzrə Azərbaycan çempionatının 2025/2026 mövsümünün püşkü atılıb - FOTO
- Yüksək Qızlar Liqasında yeni mövsümün püşkü atılıb - FOTO
0
0