III MDB Oyunları: Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
27.09.2025 - 14:03
27 sentyabr – Azərbaycanda Anım Günü əlaqədar III MDB Oyunlarının bütün idman məkanlarında saat 12:00-da bir dəqiqəlik sükut elan olunub.
Apasport.az xəbər verir ki, Qəbələ Şəhər Stadionunda keçirilən futbol turnirinin Azərbaycan (U-16) və Tacikistan (U-16) yığmaları arasındakı oyunu da bir dəqiqəlik sükutla başlayıb.
Həmçinin digər idman arenalarında da şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
III MDB Oyunlarının iştirakçıları və qonaqları Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.
- Prezident İlham Əliyev U-15 dünya çempionatının təşkili barədə Sərəncam imzalayıb
- "Zaqatala" baş məşqçisi ilə yollarını ayırdı – 9 illik yolun sonu
- Yoxlama matçı: "Turan Tovuz" "Fatih Karagümrük"ə qarşı
- Kamal Umudluya avrokubok təyinatı – Albaniyada fit çalacaq
- “Apasport”un əməkdaşları futbol turnirinin qalibi oldular
0
0